23 aprel 2026. Cümə axşamı

Azərbaycanda oynamağı təklif etdilər, bir ildən sonra ...


  • Transfer
  • 14:22 21.05.2020
  • Oxunma sayı: 320
Azərbaycanda oynamağı təklif etdilər, bir ildən sonra ...

Almaniyanın  ikinci bundesliqa təmsilçisi “Sankt Pauli”nin futbolçusu Boris Taşinin  Azərbaycanda oynamaq variantı olub.

Corner.az xəbər verir ki, ukraynalı hücumçu ölkəsinin "Bombardir" verilişinə açıqlamasında deyib. 2013-cü ildə "Çernomorets"də oynayan 26 yaşlı oyunçu həmin vaxt ölkəmizdəki klublardan birindən təklif aldığını bildirib:

“Odessada tətildə idim. Klubumdan mənə zəng vurub, təlim-məşq toplanışına aparılmayacağını dedilər. Mənə bildirdilər ki, sənin üçün bir variant var - Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi deyir ki, sən komanda ilə getmirsən. Bir ildən sonra isə “Ştutqart”ın heyətində Dortmund “Borussiya”sına qarşı matçda debüt etdim”.

Qeyd edək ki, B.Taşı bu mövsüm 15 oyunda 1 qol ötürməsi verib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı