15 avqust 2026. Şənbə

Pyaniç Barselona ilə razılığa gəldi


  • Transfer
  • 14:42 21.05.2020
  • Oxunma sayı: 386
Pyaniç Barselona ilə razılığa gəldi

"Yuventus"un futbolçusu Miralem Pyaniç "Barselona"ya keçməyə yaxındır.

Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bosniyalı yarımmüdafiəçi Kataloniya klubu ilə müqavilənin şərtlərində razılığa gəlib. Bildirilib ki, 30 yaşlı futbolçu Lionel Messinin yanında oynamaq və yeni klubu ilə uğur qazanmaq istəyir. Pyaniçin "Barselona"nın oyun üslubunun ona yaxın olduğunu hesab etdiyi vurğulanıb

Bildirilib ki, PSJ-nin idman direktoru Leonardo futbolçunu Fransa klubuna gətirməyə çalışıb. Ancaq o, yüksək məbləğə baxmayaraq,  göndərilən digər təkliflərin hamısını rədd edib.(qol)







Transfer