- Transfer
- 23:25 25.11.2024
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu millimizin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.
Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, Abu-Dabi təmsilçisi Braziliya əsilli yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək.
31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.
Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.
Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.