- Transfer
- 23:25 25.11.2024
Müqavilə ilə "Barselona"ya məxsus olan və hazırda icarə əsasənda "Bavariya"da oynayan Filipp Koutinyo yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Tottenhem" 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. London klubunun braziliyalı oyunçunu icarəyə götürmək istədiyi vurğulanıb. Premyer Liqa təmsilçisinin Koutinyoya hazırda qazandığı kimi həftəsinə 225 min avro ödəyə biləcəyi iddia olunub.
Qeyd edək ki, ötən ilin yayından "Bavariya"da icarə əsasında oynayan Koutinyo 32 matçda 9 qol vurub, 8 qolun ötürməsini verib.