- Transfer
- 23:25 25.11.2024
Avstriyanın "Austriya Klaqenfurt" klubu 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Barış Ekincierlə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacaq.
"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib.
Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib. Oyunçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim".
Qeyd edək ki, Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.