6 dekabr 2025. Şənbə

Barselona istəyir, İnter satmır


  • Transfer
  • 15:33 28.05.2020
  • Oxunma sayı: 348
Barselona istəyir, İnter satmır

"İnter" adı "Barselona" ilə hallanan futbolçusu Lautaro Martinesi satmağı düşünmür.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Ausilio məlumat verib. O bildirib ki, ancaq 22 yaşlı hücumçunun müqaviləsində qeyd olunan təzminat qiyməti ödəniləcəyi təqdirdə, Martineslə yolları ayıra bilərlər: "Barselona" kimi bir çox klub Lautoro üçün bizimlə əlaqə saxlayıb. Ancaq onlara futbolçumuzu satmayacağımızı bildirmişik. Onu istəyirlərsə, təzminat qiymətini ödəmək məcburiyyətindədirlər".

Qeyd edək ki, bu mövsüm "İnter"də 31 matçda 16 qol vuran və 2 qolun ötürməsini verən L.Martinesin təzminat qiymətinin 111 milyon avro olduğu bildirilir.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır