- Transfer
- 23:43 22.04.2026
“Zenit”in futbolçusu Sərdar Azmun “Milan”ın maraq dairəsindədir.
Corner.az xəbər verir ki, bu barədə İtaliyanın Calciomercato.com saytı məlumat yayıb. "Napoli"nin ardınca "Milan" da 25 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçib. İtaliya təmsilçisinin iranlı futbol,unun meneceri ilə danışıq apardığı bildirilir.
Rusiya mətbuatı “Zenit”in Azmunu 30 milyon avrodan aşağı satmaq fikrində olmadığını yazıb.
Qeyd edək ki, Sərdar Azmun bu mövsüm "Zenit"in heyətində 21 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə edib.(qol)