14 avqust 2026. Cümə

PSJ İkardini birdəfəlik aldı


  • Transfer
  • 13:27 30.05.2020
  • Oxunma sayı: 418
PSJ İkardini birdəfəlik aldı

PSJ  İnter'in hücumçusu Mauro İkardi üçün klubla razılığa gəldi.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi bu transfer üçün İnter'ə 50 milyon avro əlavə 7 milyon avro bonus ödəyəcək.

Məlumata görə, İkardinin yeni klubu ilə 4 illik müqavilə imzaladığı bildirilir. Argentinalı hücumçunun illik maaşı isə 10 milyon avro olacaq.

Qeyd edək ki, İkardi bu mövsüm PSJ-lə çıxdığı 31 matçda 20 qol vurub.







Transfer