2 oktyabr 2026. Cümə

Real yay transferlərindən məhrum ola bilər


  • Transfer
  • 09:30 31.05.2020
  • Oxunma sayı: 334
Real yay transferlərindən məhrum ola bilər

"Real" klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

Corner.az Marca'ya istinadən xəbər verir ki, pandemiyaya görə yaranmış böhran "Real"da ciddi əks oluna bilər. Klubun maliyyə çətinliklərinə görə yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda ola bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klublar indi oyunçulara pul xərcləməyə hazır deyil.

Qeyd edək ki, hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.(report)







Transfer