23 aprel 2026. Cümə axşamı

Tayson 25 il əvvəl nokauta saldığı boksçu ilə qarşılaşa bilər


  • Transfer
  • 22:06 31.05.2020
  • Oxunma sayı: 408
Tayson 25 il əvvəl nokauta saldığı boksçu ilə qarşılaşa bilər

ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1995-ci ildə qalib gəldiyi Piter Maknili ilə yenidən qarşılaşa bilər.

Corner.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı idmançıya 25 il öncə 89 saniyəyə nokauta saldığı həmyerlisi ilə növbəti dəfə döyüşmək üçün 1 milyon ABŞ dolları təklif olunub.

Onun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.(report)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı