23 aprel 2026. Cümə axşamı

Hələ Dabo ilə razılıq əldə olunmayıb


  • Transfer
  • 12:22 01.06.2020
  • Oxunma sayı: 323
Hələ Dabo ilə razılıq əldə olunmayıb

Mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Baqali Dabo karyerasını  "Apollon" klubunda davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə Limasol təmsilçisinin Mətbuat katibi Fanuryos Konstantinu məlumat verib.

Klub rəsmisi fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib: "Dabo həqiqətən də bizim maraq dairəmizdə olan oyunçudur. Amma hələlik onunla razılıq əldə olunmayıb. Danışıqlar davam edir".

Kipr mətbuatı isə yazıb ki, 32 yaşlı hücumçu "Apollon"la 1+1 illik müqavilə şərtlərini artıq razılaşdırıb.

Qeyd edək ki, Baqali Dabo 2018-ci ilin yayından "Neftçi"də çıxış edir.(report)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı