- Transfer
- 01:22 14.08.2026
Şotlandiyanın "Harts" klubu 18 futbolçusu ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik müqaviləsi başa çatan oyunçularla yolları ayırmağa qərar verib.
Futbolçularla yanaşı, sabiq baş məşqçi Kreyq Levayn da komandadan ayrılıb. O, əvvəlki postundan istefaya göndərildikdən sonra klubda başqa vəzifəni icra edirdi.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya çempionatında cari mövsüm ləğv olunub. "Seltik" çempion elan olunub, "Harts" isə aşağı liqaya düşüb.