14 avqust 2026. Cümə

Neftçi Flamenqo'nun sabiq futbolçusunu transfer edir


  • Transfer
  • 09:52 02.06.2020
  • Oxunma sayı: 415
Neftçi Flamenqo'nun sabiq futbolçusunu transfer edir

"Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani"nin braziliyalı futbolçusu Tallison Auqustonu heyətinə qatır. 

Corner.az "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq. 

O, ötən gün komanda ilə yollarını ayıran  Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib. 







Transfer