- Transfer
- 23:43 22.04.2026
"Barselona" klubu İnter ilə futbolçusu Lautaro Martinesin transferinə dair tam razılıq əldə edib.
Corner.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu Kataloniya təmsilçisində 12 milyon avro maaş və bonuslar qazanacaq. "İnter"ə isə 111 milyon avro ödəniləcək. Amma "Barselona"nın 90 milyon avro və hansısa futbolçusunu verməklə də A Seriya təmsilçisini razı sala bilər. Daha əvvəl 60 milyon avro, Arturo Vidal və Nelson Semedunu təklif edən Barselona klubu rədd cavabı almışdı.
Qeyd edək ki, bu mövsüm Lautaro Martines İtaliya A Seriyasında 22 oyuna 2-si penaltidən olmaqla, 11 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.