- Transfer
- 16:26 21.11.2024
Barcelona'nın idman direktoru Eric Abidal Chelsea'nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.
Corner.az xəbər verir ki, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib. Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir. Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.Bundan başqa, Barcelona'nın daha gənc oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilib.
Qeyd edək ki, 26 yaşlı Morata ilə Atletico, Bayern Munich, Borussia Dortmund və Sevilla'nın maraqlandığı iddia olunur.(qol.az)