6 dekabr 2025. Şənbə

Braziliyalı futbolçu yeni klubuna velosipedlə getdi


  • Transfer
  • 14:47 03.06.2020
  • Oxunma sayı: 417
Braziliyalı futbolçu yeni klubuna velosipedlə getdi

Braziliya millisinin sabiq futbolçusu Fred "Kruzeyro" klubundan "Fluminense"yə keçib. 

Corner.az  xəbər verir ki, 36 yaşlı hücumçu iki illik sözləşmə imzalayıb və xeyriyyə aksiyası çərçivəsində Belu-Orizontidən Rio-de-Janeyroya qədər 600 km velosiped sürəcəyini açıqlayıb. O, hazırda məsafənin 150 km-ni qət edib. 

Futbolçu 4 min braziliyalı ailəyə yemək paketləri toplamağı qarşısına məqsəd qoyub. 

"Sənə inanıram. Velosiped sürürəm və bu zaman evlərinizdən ianə edirsiniz. Biz ümumi məqsəd üçün birləşəcəyik" - deyə təcrübəli futbolçu "Instagram" hesabında yazıb. 

Sponsorlar hər km üçün 4 uşağa avadanlıq söz verib. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır