6 dekabr 2025. Şənbə

Arsenal onun üçün 23 milyon ayırdı


  • Transfer
  • 14:50 03.06.2020
  • Oxunma sayı: 320
Arsenal onun üçün 23 milyon ayırdı

"Arsenal" klubu "Feyenord"da çıxış edən Orkun Kökçü üçün təklif edəcəyi məbləğ bəlli olub. 

Corner.az "Daily Express"ə istinadən xəbər verir ki, "Topçular" 20 yaşlı yarımmüdafiəçi üçün 23 milyon funt sterlinq (təxminən 26 milyon avro) ödəməyə hazırdır. 

London təmsilçisinin baş məşqçisi Mikel Arteta türkiyəli futbolçunun keçidi ilə şəxsən maraqlanır. Klub Kökçü üçün "Sevilya" ilə mübarizə aparır.

Qeyd edək ki, "Feyenord"un yetirməsi Rotterdam təmsilçisinin əsas komandasında 2018-ci ilin sentyabrında debüt edib. Gənc futbolçu bu mövsüm 35 oyunda 3 qol və 6 məhsuldar ötürmə verib.

Əlavə edək ki, Orkun Kökçü hazırda "Sabah"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozan Can Kökçünün qardaşıdır. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır