23 aprel 2026. Cümə axşamı

Qvardiola onu komandasında görmək istəyir


  • Transfer
  • 23:54 03.06.2020
  • Oxunma sayı: 321
Qvardiola onu komandasında görmək istəyir

"Mançester Siti" "Milan"ın futbolçusu İsmael Bennaseri transfer etmək istəyir.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferinin gerçəkləşməsini şəxsən özü istəyir. Təcrübəli mütəxəssisin artıq 22 yaşlı yarımmüdafiəçiyə zəng etdiyi və ona klubun layihəsindən danışdığı vurğulanıb.

"Mançester Siti" Bennaserin transferində mümkün qədər tez razılıq əldə etmək istəyir. Çünki PSJ-ə də əlcəzairli oyunçu ilə danışıqlar aparır.

Qeyd edək ki, Bennaserin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.(qol)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı