6 dekabr 2025. Şənbə

Bordinin yeni iş yeri


  • Transfer
  • 09:53 04.06.2020
  • Oxunma sayı: 401
Bordinin yeni iş yeri

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri vətəni İtaliya ola bilər.


Corner.az xəbər verir ki, bu ilin yanvarında "ağ-qaralar"dan ayrıldıqdan bəri klubsuz qalan 55 yaşlı mütəxəssis tezliklə İtaliya C seriyası təmsilçisi “Sambenedetteze”nin “sükanı arxası”na keçə bilər. O, baş məşqçi postundan göndərilən Paolo Monteronu əvəzləyəcək. 

 

Marke bölgəsinin komandası liderlər qrupundan uzaq düşdüyü üçün rəhbərlik Uruqvay millisinin sabiq müdafiəçisini göndərib. Boş qalan posta ən real namizəd məhz Roberto Bordindi. Onunla danışıqların davam etdirildiyi bildirilib.

 

Qeyd edək ki, Bordin ilyarım çalışdırdığı "Neftçi”ylə Premyer Liqamızın gümüş medalçısı olub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır