10 may 2026. Bazar günü

Hakimi Real'a qayıdır


  • Transfer
  • 14:02 06.06.2020
  • Oxunma sayı: 434
Hakimi Real'a qayıdır

İcarə əsasında “Borussiya Dortmund”da çıxış edən Əşrəf Hakimi 2019/20 mövsümünün sonu “Real”a qayıdacaq.

Corner.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. 21 yaşlı futbolçu Madrid təmsilçisi ilə yeni – 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, bu mövsüm mərakeşli oyunçu “Borussiya”da 29 oyun keçirib, 5 qol vurub və 10 qolun ötürməsini edib. Onun “Real”la hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.(qol)







Transfer