- Transfer
- 01:22 14.08.2026
Napoli braziliyalı futbolçusu Allanın PSG'yə keçidinə razılıq verməyib.
Corner.az xəbər verir ki, Fransa çempionu yarımmüdafiəçi üçün 80 milyon təklif edib.Lakin neapollular cənubi amerikalını satmaq istəməyib. A seriyası təmsilçisi futbolçunun Edinson Cavani ilə dəyişdirilməsinə də razı olmayıb.
Allanın satılmasının əsas əleyhdarı Carlo Ancelotti olub. Baş məşqçi klub rəhbərliyini də oyunçunu saxlamağa inandıra bilib.(goal.az)