- Transfer
- 23:43 22.04.2026
"Qalatasaray”ın yarımmüdafiəçisi Yunes Belhanda mövsüm sonu komandadan ayrıla bilər.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, “Əl Hilal” klubu mərakeşli futbolçu ilə yaxından maraqlanır.
Bildirilir ki, Səudiyyə Ərəbistan təmsilçisi 30 yaşlı futbolçu üçün Qalatasaray'ın tələb etdiyi məbləği ödəməyə hazırdır. Bununla yanaşı, rəhbərlik Belhandaya illik 3,5 milyon avro verəcəyini bildirib. Tərəflər arasında anlaşmanın yaxın olduğu vurğulanıb.
Qeyd edək ki, Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edir.