24 aprel 2026. Cümə

Liverpul bahalı transferlərdən niyə imtina etdi?


  • Transfer
  • 11:57 07.06.2020
  • Oxunma sayı: 356
Liverpul bahalı transferlərdən niyə imtina etdi?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda bahalı transfer etməkdən imtinalarının səbəbini açıqlayıb.

Corner.az-ın “Sky Germany” saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, hazırda bütün klublar pul itirirlər.

“Biz satdığımız biletin pulunu geri qaytarmaq məcburiyyətindəyik. Gələn mövsüm üçün isə 10-15 matça ümumiyyətlə, heç bilet satmaya bilərik. Tribunalar boş olacaq. Bu, bizim tərəfdaşlarımıza da təsir edir. Beləliklə, hər şey dəyişəcək. Biz futbolçuların maaşını azaltmağı müzakirə etmək haqda düşündüyümüz vaxtda, 50-60 milyonluq oyunçu alsaq, o zaman izahat verməli olacağıq”.(qol)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı