- Transfer
- 23:43 22.04.2026
PSJ-nin futbolçusu Edinson Kavani karyerasını "Atletiko"da davam etdirməyə yaxındır.
Corner.az "Football İtalia"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bir neçə ay əvvəl Madrid klubu ilə ilkin müqavilə imzalayıb. Onun iki illik rəsmi müqavilə imzalamağa razılıq verdiyi bildirilib.Uruqvaylı oyunçunun yeni klubunda ilinə 10 milyon avro qazanacağı vurğulanıb.
Qeyd edək ki, Kavaninin Paris təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.(qol)