10 may 2026. Bazar günü

Qarabağ'ın istədiyi futbolçu daha bir klubun hədəfində


  • Transfer
  • 10:44 09.06.2020
  • Oxunma sayı: 365
Qarabağ'ın istədiyi futbolçu daha bir klubun hədəfində

"Qarabağ"ın heyətinə qatmaq istədiyi  "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydınla daha bir klub maraqlanır. 

Corner.az "Fotomac"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Qazaxıstan çempionu "Astana"nın da diqqət mərkəzinə düşüb. 

Hər iki klub Niderland əsilli futbolçu üçün agentlər vasitəsilə təklif göndərilib. 

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.







Transfer