Sivasspor heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi gənc müdafiəçi Fatih Aksoyu sıralarına qatıb.
Beşiktaş-ın yetirməsi olan futbolçu Sivas klubuna icarə əsasında keçib. Onunla 1,5 illik icarə müqaviləsi imzalanıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Beşiktaş-ın heyətində 2 Super Liqa, 4 Avroliqa matçına çıxıb.