6 dekabr 2025. Şənbə

Klub prezidenti Medinanın Qarabağ'a transferindən danışdı


  • Transfer
  • 15:43 11.06.2020
  • Oxunma sayı: 400
Klub prezidenti Medinanın Qarabağ'a transferindən danışdı

Portuqaliyanın I liqasında mübarizə aparan "Şaveş" klubunun prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın "Qarabağ"a keçəcəyini təsdiqləyib.

Corner.az-ın məlumatına görə, funksioner yerli Sinal TV-yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzaladığını bildirib.

Amma klub prezidenti "Qarabağ"ın bu transfer üçün nə qədər ödədiyini açıqlamayıb: "Artıq hər şey tamamlanıb. COVID-19 pandemiyasına görə beynəlxalq uçuşlar olmadığından, futbolçunun yalnız tibbi müayinədən keçməsi qalıb".

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı müdafiəçi ilə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, karyerası ancaq Portuqaliya klubları ilə bağlı olan Kevin Medina 2019-cu ildən "Şaveş"də çıxış edir. O, cari mövsüm 11 oyunda meydana çıxıb. Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.(report)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır