2 iyul 2026. Cümə axşamı

Çelsi növbəti transferə hazırlaşır


  • Transfer
  • 22:50 12.06.2020
  • Oxunma sayı: 374
Çelsi növbəti transferə hazırlaşır

PSJ-nin futbolçusu Leven Kurzava karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az "France Football"a istinadən xəbər verir ki, "Çelsi" 27 yaşlı müdafiəçi ilə maraqlanır. London klubunun fransalı futbolçunun agenti ilə danışıqlar apardığı vurğulanıb.

Qeyd edək ki, Kurzavanın PSJ ilə müqaviləsi yayda başa çatır. Onunla "Barselona", "Atletiko", "Arsenal", "Yuventus" və "İnter"in maraqlandığı iddia olunur.(qol)







Transfer