10 may 2026. Bazar günü

Braziliya klubu Qarabağ'ın sabiq futbolçusunu istəyir


  • Transfer
  • 13:05 15.06.2020
  • Oxunma sayı: 345
Braziliya klubu Qarabağ'ın sabiq futbolçusunu istəyir

"Koritiba" klubu hazırda "Kayserispor"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ilə maraqlanır. 

Corner.az "Radio Banda B" nəşrinə istinadən xəbər verir ki, Braziliya təmsilçisi 30 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edə bilər. 

Pedro Enrikenin Kayseri klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır. O, cari mövsüm 20 oyuna 8 qol vurub və komandanın bombardiridir. 

Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə PAOK-a məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib. 







Transfer