- Transfer
- 16:01 10.05.2026
PSJ klubu "Borussiya"da (Dortmund) çıxış edən Erlinq Holandı transfer siyahısına əlavə edib.
Corner.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi bu yay 20 yaşlı hücumçu üçün klubuna təklif göndərmək niyyətindədir.
PSJ norveçli futbolçu üçün böyük məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, Erlinq Holand 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edir