13 avqust 2026. Cümə axşamı

Verner rəsmən Çelsi'də


  • Transfer
  • 13:25 18.06.2020
  • Oxunma sayı: 350
Verner rəsmən Çelsi'də

"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Corner.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Leyptsiq"dən Timo Verneri transfer edib. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. Almaniyalı futbolçu tibbi müayinədən keçəndən sonra iyulda "Çelsi"yə qoşulacaq. 

Qeyd edək ki, Timo Verner 2019/2020 mövsümündə "Leyptsiq"in heyətində 43 oyun keçirib, 32 qol və 13 məhsuldar ötürmə verib. 







Transfer