10 may 2026. Bazar günü

Bavariya onunla razılaşdı


  • Transfer
  • 19:57 19.06.2020
  • Oxunma sayı: 350
Bavariya onunla razılaşdı

"Mançester Siti" klubunun futbolçusu Leroy Sane komandadan ayrılacaq.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib.

Artıq almaniyalı futbolçunun yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında Sanenin "Bavariya" ilə razılaşdığını yazıb. Keçidin bu yay baş tutacağı gözlənilir.

Qeyd edək ki, Leroy Sane 2016-cı ilin yayında "Şalke"dən "Mançester Siti"yə keçib.







Transfer