- Transfer
- 17:27 06.12.2025
PSJ-in hücumçusu Edinson Kavani Çempionlar Liqasında kömək etməyəcək.
Corner.az “Marca”ya istinadən xəbər verir ki, tərəflər iyunun 30-dan sonra əməkdaşlığı dayandırmaq qərarı veriblər. Həmin gün müqaviləsi başa çatacaq uruqvaylı futbolçu özünə yeni klub axtarmaq istədiyini deyib. Bu səbəbdən o, ÇL-in avqustda keçiriləcək oyunlarının sonuna kimi PSJ-də qalmaqdan imtina edib.
Qeyd edək ki, 33 yaşlı oyunçu ilə “İnter”, “Atletiko” və “Nyukasl”ın maraqlandığı iddia edilir.(qol)