- Transfer
- 17:27 06.12.2025
PSJ-nin futbolçusu Tomas Menye karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Corner.az "Bild"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Dortmund "Borussiya"sı ilə razılığa gəlib. Belçikalı oyunçunun 4 illik müqavilə imzalayacağı və tezliklə komandaya qoşulacağı vurğulanıb. Onun Almaniya klubuna azad agent kimi keçəcəyi bildirilib.
Qeyd olunub ki, Menye avqust keçiriləcək Çempionlar Liqasının qalan matçlarında PSJ-yə kömək etməkdən imtina edib.(qol)