6 dekabr 2025. Şənbə

Qarabağ'ın sabiq futbolçusu Polşa klubuna keçir


  • Transfer
  • 21:27 24.06.2020
  • Oxunma sayı: 330
Qarabağ'ın sabiq futbolçusu Polşa klubuna keçir

 "Erzurumspor" klubunun futbolçusu İbrahim Şehiç karyerasını Polşada davam etdirə bilər.

Corner.az "Sport1" nəşrinə istinadən xəbər verir ki, "Legiya" klubu 32 yaşlı qapıçını transfer etmək istəyir.

Əsas qolkiperi Radoslav Mayetskini  "Monako"ya icarəyə verən Varşava təmsilçisi onun boşluğunu məhz bosniyalı qolkiperlə doldurmaq niyyətindədir.

Daha əvvəl təcrübəli oyunçu ilə Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klublarının maraqlandığı iddia olunurdu.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır