2 oktyabr 2026. Cümə

Millimizin üzvü üçün yeni baş məşqçi


  • Transfer
  • 11:27 25.06.2020
  • Oxunma sayı: 356
Millimizin üzvü üçün yeni baş məşqçi

Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda baş məşqçi dəyişikliyi olub.

Corner.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki,  Vinfrid Şaferlə başa çatan müqavilənin müddəti yenilənməyib. Onu rumıniyalı mütəxəssis Daniel İsaila əvəzləyib

Qeyd edək ki, R. Almeyda qış fasiləsində "Qarabağ"dan “Baniyas” klubuna keçib.







Transfer