23 oktyabr 2024. Çərşənbə

Trabzonspor-dan A seriyası klubuna


  • Transfer
  • 22:28 14.01.2019
  • Oxunma sayı: 541
Trabzonspor-dan A seriyası klubuna

Trabzonspor-un futbolçusu Yuray Kuçka karyerasını İtaliyada davam etdirəcək.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Parma klubuyla razılıq əldə edib. Kuçkanın Trabzondan ayrılaraq İtaliyaya getdiyi, son danışıqlardan sonra Parma-yla rəsmi müqavilə imzalayacağı bildirilir.

Kuçka 2017-ci ildə, Milan-dan 5 milyon avroya Trabzonspor-a keçmişdi.

31 yaşlı futbolçu 63 dəfə Slovakiya millisinin şərəfini qoruyub.







Transfer