6 dekabr 2025. Şənbə

Azərbaycanlı futbolçu Moldova klubuna keçib


  • Transfer
  • 18:39 25.06.2020
  • Oxunma sayı: 387
Azərbaycanlı futbolçu Moldova klubuna keçib

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub. 

Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə "Facebook"da paylaşım edib.

Quluzadə karyerasını Moldovada "Milsami" klubunda davam etdirəcəyini açıqlayıb. 

Qeyd edək ki, Amit Quluzadə son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın "Çelik" klubunda oynayıb. O, karyerası ərzində "Neftçi", "Sumqayıt" və "Qəbələ" klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır