2 iyul 2026. Cümə axşamı

Barselona'dan Yuventus'a


  • Transfer
  • 19:33 26.06.2020
  • Oxunma sayı: 384
Barselona'dan Yuventus'a

"Barselona" klubunun futbolçusu Artur Melo karyerasını İtaliyada davam etdirəcək. 

Corner.az "RAC1"ə istinadən xəbər verir ki, 24 yaşlı yarımüdafiəçi "Yuventus"la müqavilə imzalamadan öncə tibbi müayinədən keçəcək. 

Daha əvvəl Turin təmsilçi braziliyalı futbolçu üçün Miralem Piyaniçi və əlavə 10 milyon avro verməyə razılaşıb. Hər iki oyunçu cari mövsümü hazırkı komandalarında başa vuracaq. 

Qeyd edək ki, Artur Melo bu mövsüm "Barselona" forması ilə 27 oyunda meydanda olub 4 qol və eyni sayda məhsuldar ötürmə verib.







Transfer