6 dekabr 2025. Şənbə

Ronaldinyo karyerasını bərpa edir?


  • Transfer
  • 18:38 27.06.2020
  • Oxunma sayı: 371
Ronaldinyo karyerasını bərpa edir?

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo karyerasını bərpa edə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 40 yaşlı hücumçunun Dieqo Maradonanın baş məşqçisi olduğu Argentinanın “Ximnasiya Esqrima” klubunda çıxış edə biləcəyi iddia edilir. Maradonanın Ronaldinyonu komandasında görmək istədiyi bildirilir.

Qeyd edək ki, braziliyalı hazırda ev dustaqlığında olduğundan onunla rəsmi danışıqlar aparılmayıb.
2016-cı ildə Ronaldinyo “Ximnasiya”ya keçməyə yaxın olsa da, müqavilənin imzalanması son anda baş tutmayıb.

Əlavə edək ki, o, futbolçu karyerasını 2018-ci ilin yanvarın 16-da başa vurub.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır