13 avqust 2026. Cümə axşamı

Barselona'dan Yuventus'a


  • Transfer
  • 21:05 29.06.2020
  • Oxunma sayı: 343
Barselona'dan Yuventus'a

 "Barselona" klubunun futbolçusu Artur Melonun  "Yuventus"a keçidi rəsmiləşib.

Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Turin təmsilçisi braziliyalı yarımmüdafiəçi üçün bonuslarla birlikdə 82 milyon avro ödəyib. 

23 yaşlı futbolçu 2019/2020 mövsümünü "Barselona"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub







Transfer