11 aprel 2026. Şənbə

Hakimi İnter'in düşərgəsində


  • Transfer
  • 17:22 30.06.2020
  • Oxunma sayı: 377
Hakimi İnter'in düşərgəsində

 "Real Madrid"in futbolçusu Əşrəf Hakimi "İnter"ə keçməyə yaxındır. 

Corner.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Canluki Di Martsio məlumat yayıb. Artıq 22 yaşlı müdafiəçinin tibbi müayinədən keçmək və sonradan müqavilə bağlamaq üçün Milan təmsilçisinin düşərgəsinə gəldiyi bildirilir. 

Onun klubla 5 illik müqavilə imzalayacağı gözlənilir. "İnter" bu keçid üçün 40 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Əşrəf Hakimi 2019/2020 mövsümünü icarə əsasında "Borussiya Dortmund"da keçirib. O, bütün turnirlər daxil olmaqla, 45 matçda meydanda olub, 9 qol və 10 məhsuldar ötürmə verib. 







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”