6 dekabr 2025. Şənbə

Azərbaycan klubu yamaykalı futbolçu ilə maraqlanır


  • Transfer
  • 13:27 03.07.2020
  • Oxunma sayı: 371
Azərbaycan klubu yamaykalı futbolçu ilə maraqlanır

"Yanvar ayında ölkə xaricinə oynamaq üçün getməli idim. Təəssüf ki, uşaqlarıma görə ayrıla bilmədim. Sonra isə koronavirus gəldi və buna görə ölkədə qaldım". 

Corner.az-ın məlumatına görə, bu fikirləri hazırda Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klenon "Jamaica-star" nəşrinə açıqlamasında deyib.

31 yaşlı hücumçu yenidən Azərbaycandan təklif aldığını söyləyib. Klenon klubun adını açıqlamayıb: "Məqsəd daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa komandasına qayıtmaqdır, çünki orada çox klub mənimlə maraqlanır". 

Qeyd edək ki, Andre Klenon 2018/2019 mövsümündə "Keşlə"də oynayıb. O, 26 oyuna 4 qol vurub. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır