23 oktyabr 2024. Çərşənbə

Atletico iki futbolçusunu satır


  • Transfer
  • 22:55 15.01.2019
  • Oxunma sayı: 589
Atletico iki futbolçusunu satır
Atletico Madrid yanvarda iki futbolçusundan ayrılacaq.

Corner.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Jelson Martinş və xorvat hücumçu Nikolo Kaliniç satışa çıxarılacaq. İspaniya klubu 293 milyonluq məvacib limitinə çatıb. Buna görə transfer bazarına girə bilməz. Heyətə yeni futbolçu gətirmək üçün ən azı iki oyunçusunu satmalıdır. Transferə çıxarılması planlaşdırılan 23 yaşlı Martinş ötən il Sporting-dən əldə edilib. Cari mövsüm 8 oyunda meydana çıxıb. 31 yaşlı Kaliniç isə Atletico-ya Milan-dan keçib. Transferinə 14,5 milyon avro xərclənib. 11 matçda 2 qol vurub.(goal.az)






Transfer