11 aprel 2026. Şənbə

Xavi ilə müqavilə uzadıldı


  • Transfer
  • 18:37 05.07.2020
  • Oxunma sayı: 326
Xavi ilə müqavilə uzadıldı

“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes Qətər təmsilçisində fəaliyyətini davam etdirəcək.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klubu ilə müqaviləni uzadıb. Xavinin yeni sözləşməsi 2020-2021 mövsümünün sonuna qədər nəzərdə tutulub.


“Barselona”nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi.

Qeyd edək ki, Xavi “Barselon”nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilində isə “Əl-Sədd”ə çıxış edib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”