11 aprel 2026. Şənbə

Aqolli'dən yeni müqavilə


  • Transfer
  • 13:25 07.07.2020
  • Oxunma sayı: 273
Aqolli'dən yeni müqavilə

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli komandası ABŞ-ın "Nyu-York Kosmos" klubu ilə müqaviləsinin müddətini uzadıb.

Corner.az-ın məlumatına görə, bu barədə albaniyalı müdafiəçi özünün "Instagram" səhifəsində paylaşım edib.

38 yaşlı oyunçu növbəti mövsümdə də Nyu-York təmsilçisinin formasını geyinəcəyini yazıb: "Daha 1 il "Nyu-York Kosmos"da oynayacağım üçün şadam".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”