13 avqust 2026. Cümə axşamı

Real'ın Mbappe ilə bağlı yeni planı


  • Transfer
  • 18:23 07.07.2020
  • Oxunma sayı: 346
Real'ın Mbappe ilə bağlı yeni planı

PSJ-nin futbolçusu Kilian Mbappe "Real"ın əsas transfer hədəfi olaraq qalır.

Corner.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı hücumçu ilə bağlı yeni plan hazırlayıb. Bildirilib ki, Paris təmsilçisi fransalı oyunçunu satmağa razı deyil. Buna görə də "Real" Mbappeni azad agent kimi heyətinə düşünür.

Qeyd olunub ki, Mbappe 2022-ci ilin yayında müqaviləsi başa çatdıqdan sonra La Liqa klubuna keçməyə razılıq versə, "Real" oyunçuya 100 milyon avro ödəməyə hazır olacaq.

Xatırladaq ki, Mbappenin transfer dəyəri 180 milyon avro qiymətləndirilir.(qol)







Transfer