10 may 2026. Bazar günü

Sabah millimizin futbolçusunu transfer etdi


  • Transfer
  • 13:30 09.07.2020
  • Oxunma sayı: 348
Sabah millimizin futbolçusunu transfer etdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.







Transfer