- Transfer
- 21:22 26.11.2024
Real-ın baş məşqçisi Santyaqo Solari yarımmüdafiəçi İskonun klubda gələcəyindən danışıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin çalışdırıcı ilə konfilikt yaşadığı deyilir. “Real-ın əla heyəti var. Hər oyunda seçim qarşısında qalıram. Kimə yer verəcəyimi düşünməli oluram. İsko qalır, ya gedir, bunu bilmirəm. Qalması üçün nəsə etməliyəm? Daha doğrusu, transfer məsələsi mənlik deyil. Qərarı başqaları verir. Mən məşqçiyəm”,- Solari bildirib.
26 yaşlı İsko cari mövsüm İspaniya çempionatında 13 oyunda forma geyib. Hesabında 1 qol və 2 məhsuldar ötürmə var. “Kral klubu” ilə müqaviləsi 2022-də başa çatır. Solarinin komandası turnir cədvəlində dördüncüdür. 33 xalı var. Lider Barcelona-dan 10 xal geri qalır.