- Transfer
- 17:27 06.12.2025
"Zirə"dən ayrılan Tellur Mütəllimovun yeni klubu müəyyənləşib.
Corner.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu "Sumqayıt"la razılığa gəlib.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan T.Mütəllimov 2015-2017-ci illərdə bu komandanın formasını geyinib.